Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Suriya hakimiyyəti və SDQ arasında razılıq əldə olundu
Suriyanın keçid hökuməti ilə Suriya Demokratik Qüvvələri (SDQ) arasında razılıq əldə olunub.
Oxu.Az "Haber Global" telekanalına istinadla xəbər verir ki, razılaşmanı Suriya Prezidenti Əhməd əş-Şaraa və SDQ-nin başçısı Mazlum Abdi imzalayıblar.
Razılaşma səkkiz maddədən ibarətdir. Əldə edilmiş razılığa əsasən, SDQ dövlət orqanlarında təmsil olunacaq.
Digər maddələr arasında kürdlərin vətəndaşlıq haqlarına zəmanət verilməsi, Suriyanın bütün ərazisində atəşkəsin təmin edilməsi, Suriyanın şimalındakı bütün mülki, hərbi qurumların, sərhəd-keçid məntəqələrinin, aeroportların, neft-qaz yataqlarının Suriya dövlətinə inteqrasiya edilməsi yer alır.
Qeyd edək ki, Suriyadakı SDQ-nin əsasını PKK-nin YPG qanadının terrorçuları təşkil edirlər.
"Əhməd əş-Şaraa" teqi üzrə xəbərlər
- Əş-Şaraa Əsədin silahlı tərəfdarlarına çağırış etdi
- Suriyanın yeni konstitusiyasında nələr öz əksini tapacaq?
- Suriyada səfirliyimizin fəaliyyətə başlaması əlaqələrimizi yeni mərhələyə qaldıracaq
- Olaf Şolts Əhməd Əş-Şaraa ilə danışdı: "Dəstək verməyə hazırıq"
- Suriya hökuməti YPG-yə qarşı necə mübarizə aparacaq? - Problem "Haber Global"da müzakirə edilib