Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Türkiyə və İsrail münasibətlərinin isinməsində Azərbaycanın rolu - Bizdən nə danışırlar?
"Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişdə bildirilib ki, İsrailin "Haaretz" nəşri Azərbaycanın həyata keçirdiyi vasitəçilik missiyasının bəzi detallarını açıqlayıb. "Suriyada yerli güclər bir-birinə qarışdığı bir vaxtda Azərbaycan İsrail-Türkiyə qarşıdurmasının qarşısını almağa çalışır" adlı məqalədə deyilir ki, son iki həftə ərzində İsrail Suriyada həm hərbi əməliyyatlarını, həm də diplomatik səylərini gücləndirərək Dəməşqdəki yeni rejimin himayədarı olan Türkiyə ilə toqquşma təhlükəsinə qədər irəli gedib.
Bu isə Azərbaycana vasitəçilik şansı verib. Məqalənin müəllifi olan Liza Rozovski yazır ki, Azərbaycan tərəfi İsrailə deyir ki, Rusiyanın Suriyada mövcudluğunu saxlamaq cəhdi vaxt itkisindən başqa bir şey deyil. Əgər Rusiya hərbi bazalarını Suriyada saxlamaq istəyirsə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla anlaşmalıdır.
Qazaxıstanın "24.kz" nəşri Azərbaycan və Qazaxıstan universitetləri tərəfindən əməkdaşlıq haqqında memorandumların imzalandığına dair xəbər yayımlayıb. Mənbə xəbər verir ki, 40-dan çox memorandumun imzalanmasında 17 Qazaxıstan və eyni sayda Azərbaycan universiteti iştirak edib. Qeyd olunub ki, sənədlər Azərbaycan və Qazaxıstan arasında ali təhsil sahəsində əməkdaşlığı gücləndirmək məqsədi daşıyır. "Takvim" nəşrində dərc olunan "Qardaş enerjisi" başlıqlı geniş bir məqalədə qeyd edilib ki, ölkələr arasındakı münasibətlər müdafiədən ticarətə qədər çox geniş sahədə daim inkişaf edir.
Enerji sektorunda Bakı-Tbilisi-Ceyhan xam neft boru kəməri kimi "Şahdəniz" yatağının və Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəmərinin istismara verilməsi ilə ölkələr arasında enerji əməkdaşlığı daha da yüksəlib. Xəbərdə o da diqqətə çatdırılır ki, Türkiyə və Azərbaycan Avrasiyanın enerji xəritəsini yenidən tərtib edib və bununla da Azərbaycan Türkiyədə ən böyük investora çevrilir.
Ətraflı Baku TV-nin süjetində:

"Baku TV" teqi üzrə xəbərlər
- Xronika: "Məmmədsadıq Aran Türk dünyasının ən böyük şəxsiyyətlərindən biridir"
- "Səssiz ölüm" can almağa davam edir - SƏBƏBLƏR
- Afaq Bəşirqızı: "Xalq artisti" adını alanların bəziləri bu ünvana layiq deyillər"
- Bayram günlərində rayonlarda istirahət NEÇƏYƏ BAŞA GƏLİR?
- Şabranda baş verən dəhşətli hadisənin detalları məlum oldu - Xəbərlərin 20:00 buraxılışı