“Cabal Şeyx Mudjahidin” qruplaşmasının yaraqlıları Suriya Hərbi Hava Qüvvələrinə məxsus Mi-24 helikopterinin qəzaya uğramasını lentə alıblar.
Oxu.Az-ın xəbərinə görə, video terrorçuların fəaliyyətinin monitorinqi ilə məşğul olan “Directorate 4” Telegram kanalında dərc edilib.
Kadrlarda helikopterin mühərriklərindən birinin yandığı görünür. Terrorçular iddia edirlər ki, helikopteri vurublar, lakin digər versiyaya əsasən, qəzaya səbəb texniki nasazlıq olub.
S.B.
www.oxu.az