Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Tailand hökuməti eynicinsli nikahlar haqqında qanun layihəsini təsdiqlədi
Tailand hökuməti eynicinsli nikahları tanıyan qanun layihəsinin son variantını təsdiqləyib və dekabrın 21-də parlamentə təqdim edəcək.
Bunu Krallığın baş naziri Settha Thavisin Nazirlər Kabinetinin iclasının yekunlarına əsasən bildirib.
Onun sözlərinə görə, yeni qanun layihəsi eyni cinsdən olanların evlənməsinə icazə verəcək. Parlament hakim “Phia Thai” partiyasının qanunvericilik təşəbbüsünü təsdiqləyərsə, Tailand Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasında (ASEAN) eynicinslilərin nikahını qanuniləşdirən ilk ölkə olacaq.
Tailandın əvvəlki hökumətləri keçmişdə eynicinsli nikahların hüquqi tanınmasının bir növünü nəzərdən keçiriblər. “İrəli Hərəkət” müxalifət partiyasının təklif etdiyi bu cür nikahların leqallaşdırılması ilə bağlı qanun layihəsinin qəbul edilməsinə dair sonuncu cəhdi digər rəqabətli qanun layihələri və mayın 14-də keçiriləcək parlament seçkiləri səbəbindən uğurla nəticələnməyib.
2018-ci ildə Tailand Nazirlər Kabineti eynicinslilərin nikahını qanuniləşdirmək üçün qanun layihəsini təsdiqləyib. Onun baxılmaq üçün parlamentə göndəriləcəyi güman edilirdi, lakin 24 mart 2019-cu ildə keçirilən parlament seçkiləri ilə əlaqədar həmin qanun layihəsi nəzərdən keçirilməyib. 8 iyul 2020-ci ildə yeni çağırılmış hökumət buna baxmayaraq eynicinsli nikahların qeydiyyata alınmasına icazə verən qanun layihəsini təsdiqləsə də, artıq növbəti ilin fevralında onun zəruriliyi şübhə altına alınıb.
Mənbə: TASS
"Tailand" teqi üzrə xəbərlər
- Tailandda yarmarkada partlayış olub: Ölənlər və yaralananlar var
- Tailanddan Rusiyaya gedən təyyarədə bomba həyəcanı: Mütəxəssislər cəlb edildi
- Tailandda minlərlə meymun üçün bayram süfrələri açılıb
- Bir sıra ölkələrdə banklar Rusiyanın "UnionPay" kartlarına xidməti dayandırıb
- Məşhur begemot ABŞ-də prezident seçkisinin qalibini proqnozlaşdırıb
Rəylər