Tailand Krallıq Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ölkənin şimalındakı Çianqmay əyalətində qəzaya uğrayıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Matichon" qəzeti məlumat verib.
Məlumata görə, qəza zamanı hər iki pilot həlak olub.
Tailandda hərbi təyyarə qəzaya uğrayıb: Ölənlər var
Bildirilir ki, "AT-6" hücum-kəşfiyyat təyyarəsi yerli vaxtla saat 10:30-da (Bakı vaxtı ilə saat 7:30-da - red.) meşəlik əraziyə düşüb.
Qəza yerində fövqəladə xidmətlər işləyirlər, hadisə ilə bağlı araşdırmalara başlanılıb.