Tailanddakı məktəblərdən birində silahlı hücum həyata keçirən şagirdin daha əvvəl öz evlərində nənə və babasını güllələdiyi məlum olub.
Oxu.Az xəbər verir ki, bu barədə krallığın polisinə istinadən "Reuters" agentliyi məlumat yayıb.
Bildirilir ki, cinayətkar təhsil müəssisəsindəki atışma zamanı ümumilikdə 26 dəfə atəş açıb.
Qeyd olunub ki, faciənin baş verdiyi təhsil ocağında 147 müəllim çalışır və 3 mindən çox şagird təhsil alır.
Tailandın Nontaburi əyalətində yerləşən təhsil müəssisəsinin ərazisində baş verən silahlı hücum nəticəsində həyatını itirənlərin sayı 7 nəfərə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Khaosod" nəşri məlumat yayıb.
Qəzetin verdiyi məlumata görə, ölənlər arasında üç müəllim, üç şagird və həyatına son qoyan cinayətkar var. Hadisə zamanı daha 15 nəfər xəsarət alaraq tibb müəssisələrinə yerləşdirilib, onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.
Banqkokun şimalında yerləşən Nontaburi əyalətindəki məktəblərin birinin ərazisində baş verən silahlı insident nəticəsində 2 nəfər həyatını itirib, 20-dən çox insan isə yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Khaosod" nəşri məlumat yayıb.
İlkin məlumatlara əsasən, hadisə zamanı iki müəllim həlak olub, xəsarət alanlardan üçünün vəziyyəti isə ağırdır. Məlumata görə, məktəb kampusunda atəş açan şagird həyatına son qoyub.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım xidmətləri hadisə yerində fəaliyyət göstərirlər. Yerli əhaliyə insidentin baş verdiyi əraziyə getməmək tövsiyə edilib.
Bundan əvvəl "Amarin TV" telekanalı atışma nəticəsində ən azı beş nəfərin yaralandığını bildirmişdi.