Cəlilabad rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Cəlilabad rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan dörd nəfər (iki kişi, bir qadın, bir azyaşlı) avqustun 7-də Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları təyin olunan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda vurğulanıb.
Cəlilabad rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı detallar məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, qəza gecə saat 2 radələrində rayonun Soltankənd kəndi ərazisində qeydə alınıb.
Belə ki, BMW markalı, 77-QS-771 dövlət qeydiyyat nişanlı minik avtomobili sürücü Elbrus Fərman oğlu Qafarovun idarəsindən çıxaraq aşıb.
Hadisəyə sürücünün yolu yaxşı tanımaması və döngədə idarəetməni itirməsi səbəb olub.
Qəza nəticəsində xəsarət alanların sürücünün ailə üzvləri deyil, yaxın qohumları - qardaşının həyat yoldaşı və nəvəsi olduğu, onların xəsarətlərinin ciddi olmadığı qeyd edilir.
Əzizə İsmayılova
Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə Soltankənd-Zəhmətabad avtomobil yolunda qeydə alınıb.
Məlumata görə, BMW markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil təxminən 50 metr hündürlükdən aşıb.
Qəza zamanı avtomobildə olan dörd nəfər xəsarət alıb. Yaralananlar Yardımlı rayon sakini, 1980-ci il təvəllüdlü Elbrus Fərman oğlu Qafarov, Sumqayıt şəhər sakinləri - 2003-cü il təvəllüdlü Zəhra Əlizamin qızı Qafarova, 2012-ci il təvəllüdlü Samir Seymur oğlu Qafarov və 2025-ci il təvəllüdlü Məryəm Əmir qızı Məmmədovadır.
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.