Tailandda növbədənkənar parlament seçkisi keçirilir.
Oxu.Az dw.com-a istinadən xəbər verir ki, seçkinin nəticələrinə əsasən Milli Assambleyanın aşağı palatasının - Nümayəndələr Palatasının tərkibi müəyyən edilməlidir.
Əsas mübarizə sol-mərkəzçi islahatçı Xalq Partiyası, baş nazir Anutin Çanvirakulun mühafizəkar Tailandın Qüruru Partiyası və nüfuzlu Çinavat klanının "Taylar üçün" təşkilatı arasında gedir.
Bundan əlavə, ölkədə referendum keçirilir. Referendumda 2014-cü il dövlət çevrilişindən sonra hakimiyyətə gələn hərbi xuntanın dövründə qüvvədə olan konstitusiyanın əvəzinə yeni Konstitusiyanın hazırlanmasına başlanılıb-başlanılmaması müəyyən ediləcək.