Tailandın paytaxtı Banqkokda bazarda silahlı şəxs insanlara atəş açıb.
Oxu.Az "Reuters" agentliyinə istinadən xəbər verir ki, baş verən insident nəticəsində azı altı nəfər öldürülüb.
Qeyd olunur ki, silahlı hücumu həyata keçirən şəxs daha sonra özünə atəş açaraq intihar edib.
Hələlik hadisənin təfərrüatı məlum deyil.