Əfqanıstanda terroristlər parlament binasını partladıblar.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, şahidlərin sözlərinə görə, bir neçə partlayış baş verib, sonra isə atışma başlayıb.
Bir neçə əfqan deputatı yüngül qəlpə yarası alıb.
Reuters yerli kütləvi televiziyaya istinadən bildirib ki, partlayışdan dərhal sonra onlar parlamenti tərk ediblər.
Baş verən terror aktına görə məsuliyyəti “Taliban” öz üzərinə götürüb, bu barədə qruplaşmanın nümayəndəsi Zabihulla Mücahid (Zabihullah Mujahid) bəyan edib.