Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
“Taliban” Fransa ilə əlaqədar dünya ictimaiyyətinə müraciət edib
Əfqanıstanda siyasi hakimiyyətə gələn “Taliban” hərəkatı Fransa ilə əlaqədar dünya ictimaiyyətinə müraciət edib.
“Taliban” hakimiyyətinin təsis etdiyi yaxşılıqlara təşviq etmə və qadağalardan çəkindirmə nazirliyinin başçısı Məhəmməd Xalid Hənəfi vurğulayıb ki, Parisin Əfqanıstanda qadın hüquqlarının pozulması ilə bağlı apardığı kampaniya həqiqəti əks etdirmir və əsassızdır.
“Qadağalar başqa ölkələrdə - məsələn, hicablı qızların məktəbə getməsinə icazə verilməyən Fransada axtarılmalıdır”, - deyə Məhəmməd Xalid Hənəfi bildirib.
Məlumat üçün əlavə edək ki, Fransa təhsil sistemində dini geyimlərə qadağalar dünyəvilik prinsipləri əsas tutularaq tətbiq edilir. Əvvəlcə bu qadağalar yalnız dindar xristianlara və yəhudilərə şamil edilirdi. Lakin ölkədə müsəlman miqrantların sayı artıqdan sonra 2004-cü ildə qəbul edilmiş qanuna əsasən, Fransada dövlət məktəblərində hicab qadağan edilib.
Mənbə: Sputnik Əfqanıstan
"Əfqanıstan" teqi üzrə xəbərlər
- Əfqanıstanda qadınlara görə evlərin quruluşu dəyişdirilir
- Pakistandan Əfqanıstana hava hücumu: Çoxlu sayda ölən var
- ABŞ-nin Əfqanıstandakı əsas uğursuzluğunun səbəbi məlum oldu
- İranın 20-yə yaxın əyalətinə əfqanların girişi qadağan edildi
- Əfqanıstanda dəhşətli yol-nəqliyyat hadisəsi 52 nəfərin həyatına son qoyub
Rəylər