Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Salyan sakinindən külli miqdarda narkotik vasitə, həyətindən isə çətənə kolları aşkarlanıb
Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində uğurlu əməliyyat tədbiri keçirilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.
Bildirilib ki, RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Malik Hüseynov saxlanılıb.
Onun yaşadığı ünvana keçirilən baxış zamanı evindən 10 kiloqramdan artıq marixuana və 60 qrama yaxın tiryək, həyətyanı sahəsindən isə xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən 14 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Faktla bağlı Salyan Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
"Salyan" teqi üzrə xəbərlər
- Salyanda ərini doğramaqda təqsirləndirilən qadın sərbəst buraxıldı, oğlu saxlanıldı
- Azərbaycanda tanınmış həkimin qızı ilə bağlı dəhşətli iddia: Ərini öldürüb doğradı
- Salyanda ağır QƏZA: Avtomobildə sıxılı vəziyyətdə qalan sərnişin xilas EDİLDİ
- Azərbaycanda musiqiçi vəfat edib
- Baş prokuror 10 ay əvvəl Salyanda qətlə yetirilən ər və arvadın oğlu ilə görüşüb
Rəylər