“Taliban” radikal hərəkatın üzvləri Əfqanıstanın Kunduz vilayətində ən azı 16 nəfəri edam ediblər.
Daha 170 nəfər isə əsir götürülüb, hazırda onlardan 140 nəfəri azad edilib.
Oxu.Az France-Presse-ə istinadən xəbər verir ki, yerli hakimiyyət qruplaşma üzvlərinin üç və ya dörd sərnişin avtobusuna hücum ediklərini bildirib.
Kabuldan alınan ilkin məlumata görə, 17 nəfər edam edilib.