Daşkənddə martın 2-nə keçən gecə Özbəkistanın tanınmış televiziya diktoru Raxmatilla Mirzayev qətlə yetirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Özbəkistan KİV-i məlumat yayıb.
“Özbəkistanın əməkdar incəsənət xadimi, ali kateqoriyanın diktoru Raxmatilla Mirzayev naməlum şəxslər tərəfindən qətlə yetirilib. Qətlin motivləri və cinayətkarların tutulub-tutulmaması ilə bağlı hələ heç bir məlumat yoxdur. Hüquq-mühafizə orqanları jurnalistin qətlini şərh etmir”, - məlumatda deyilir.
2014-cü ilin sentyabrın 22-də Mirzayevin 60 yaşı tamam olub. O, Özbəkistanın milli teleradio şirkətində xəbər proqramları və dövlət tədbirlərinin aparıcısı olub.
www.oxu.az