Tanzaniyada əl qumbarası ilə oynayan uşaqlar təsadüfən onu işə salıblar.
Oxu.Az-ın BBC News-a istinadən məlumatına görə, insident ölkənin şimal-qərbində Kaqera vilayətində yerləşən orta məktəbdə baş verib.
Partlayış nəticəsində üç uşaq hadisə yerində, daha üç uşaq isə xəstəxanada dünyasını dəyişib. Daha 25 məktəbli isə xəsarət alıb.
S.B.
www.oxu.az