Tailand xərçəngə qarşı fərdiləşdirilmiş peyvəndin klinik sınaqlarına başlayıb. Peyvənd hər bir xəstədəki şişin bioloji xüsusiyyətləri nəzərə alınmaqla hazırlanıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "The Nation" qəzeti məlumat verib.
Dərman hazırlanması Tailand Dövlət Əczaçılıq Təşkilatı (GPO), Çulalonqkorn Universitetinin Tibb Fakültəsi və 2022-ci ilin sonlarında əməkdaşlıq haqqında memorandumu imzalamış ABŞ-nin "Seqker Biosciences" biotexnologiya şirkəti tərəfindən həyata keçirilir.
Hazırkı mərhələdə Tailandda klinik sınaqlar üç istiqamətə yönəlib: süd vəzisi, mədə və yoğun bağırsaq xərçənginin müalicəsi.
Fərdiləşdirilmiş peyvənd konkret xəstənin xərçəng hüceyrələrinin genetik məlumatlarına əsaslanır. Preparat orqanizmin immun sistemini stimullaşdırılması üçün nəzərdə tutulub ki, orqanizm xərçəng hüceyrələrini daha dəqiq tanıya və onlara hücum edə bilsin.
Həkimlər qeyd edirlər ki, fərdiləşdirilmiş xərçəng əleyhinə peyvənd hələ ki standart müalicə metodları siyahısına daxil edilməyib və klinik tədqiqatlar mərhələsindədir. Lakin bu layihə Tailandın gələcəkdə pretsizion tibb mərkəzinə (terapiya seçiminin orta standartlara deyil, konkret insanın unikal genetik, molekulyar və fizioloji xüsusiyyətlərinə əsaslandığı profilaktika və müalicəyə innovativ yanaşma - red.) çevrilmək səylərində daha bir vacib addım kimi nəzərdə keçirilir.