Norveçli terrorçu Anders Breyvik hökumət onun çox sərt hesab etdiyi saxlama şəraitini dəyişmədiyi təqdirdə aclıq aksiyası keçirəcəyini bildirir.
Oxu.Az dünya mətbuatına istinadən xəbər verir ki, terrorçunun məktubunda bir sıra iddialar yer alıb. Məsələn, o, xarici dünya ilə daha çox ünsiyyət istəyir və gündəlik gəzinti şəraitinin yaxşılaşdırılmasını istəyir. Breyvik iddia edir ki, bu tələblər Avropanın hüququ qanunvericiliyinə uyğundur.
O həmçinin tələb edib ki, PlayStation 2 oyun konsolu daha yeni, böyüklər üçün oyunların yer aldığı PlayStation 3 ilə dəyişdirilsin.