"ABŞ nümayəndə heyəti İranla danışıqlarda iştirak etmək üçün aprelin 20-də Pakistana gedəcək".
Oxu.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" patformasında yazıb.
"Mənim nümayəndələrim İslamabada, Pakistana yola düşürlər, onlar danışıqlar aparmaq üçün sabah axşam orada olacaqlar", - deyə o bildirib.
"The New York Post" nəşrinin məlumatına görə, prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşner İslamabadda İranla danışıqların yeni raundunda ABŞ-ni təmsil edəcəklər, vitse-prezident Cey. Di. Vens isə getməyəcək.
Öz növbəsində, "ABC News" telekanalının aparıcısı Conatan Karl bəyan edir ki, Cey. Di. Vens danışıqlarda Amerika nümayəndə heyətinə yenidən rəhbərlik edəcək.
"ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts mənə bildirdi ki, vitse-prezident Cey. Di. Vens İslamabadda İranla keçiriləcək danışıqlarda Amerika nümayəndə heyətinə başçılıq edəcək", - deyə o, özünün "X" səhifəsində yazıb.
ABŞ-İran danışıqlarının ilk mərhələsi aprelin 11-də İslamabadda baş tutmuşdu.