ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehranın Hörmüz boğazının avqustun 4-də açılması imkanını müzakirə etdiklərini bəyan edib.
Oxu.Az bu barədə "İnterfax" agentliyinə istinadən xəbər verir.
"Biz boğazın artıq sabaha qədər açılmasından danışırıq. Söhbət onun tam açılmasından gedir", - deyə Tramp Ağ Evdə jurnalistlərə bildirib.
ABŞ Prezidenti vurğulayıb ki, bu, danışıqların ilk mərhələsi olmalıdır və yalnız bundan sonra İranın nüvə proqramının müzakirəsinə başlanılacaq.
* Trampdan dünyanı silkələyən açıqlama: İranla gizli danışıqlar gedir
Ağ Evin rəhbəri həmçinin qeyd edib ki, bazar ertəsi gec saatlarda və ya çərşənbə axşamı danışıqların nəticə verib-vermədiyini daha aydın şəkildə görmək mümkün olacaq.
Tramp Tehranla aparılan hazırkı danışıqları münaqişənin dinc yolla həlli üçün İranın son şansı hesab etdiyini bildirib.