Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan, Ermənistan və keçmiş SSRİ-nin digər ölkələri ilə güclü münasibətlər qurmaq niyyətində olduğunu bəyan edib.
Oxu.Az xəbər verir ki, bu barədə o, "Telegram" kanalında yazıb.
"Bu gün Ukraynanın keçmiş sovet ölkələri məkanında mövcudluğu bu ölkələrin müstəqilliyidir. Belə münasibətləri qoruyub saxlamaq bizim üçün çox vacibdir və mən fəxr edirəm ki, biz onları məhz bu şəkildə qururuq", - deyə siyasətçi vurğulayıb.
Zelenski əlavə edib ki, Kiyev Azərbaycanla güclü münasibətlər qurmalıdır.
Bundan əlavə, o, uzun illər davam edən fasilədən sonra ilk dəfə Ermənistanla əlaqələrin bərpa olunduğunu qeyd edib.