"ABŞ İrana qarşı nüvə silahından istifadə etmək niyyətində deyil, Vaşinqtonun Tehranla bağlayacağı saziş isə bütün dünyanı "nüvə silahlı dəlilər"dən qorumalıdır".
Oxu.Az RBC-yə istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında deyib.
Jurnalist prezidentə ABŞ-nin İranda nüvə silahı tətbiq etməyə hazırlaşıb-hazırlaşmadığı barədə sual verib.
"Xeyr. Nə qədər axmaq sualdır - bu mənim nəyimə lazımdır? Onları konvensional üsulla tamamilə məhv etdiyimiz halda, mən niyə nüvə silahından istifadə etməliyəm?", - deyə Donald Tramp cavab verib.
"Mən ölkəmizin və bütün dünyanın "nüvə silahlı dəlilər"dən təhlükəsizliyini təmin edəcək bir saziş bağlamaq istəyirəm", - deyə respublikaçı lider əlavə edib. O, həmçinin qeyd edib ki, saziş məsələsində tələsmək istəmir.