ABŞ Prezidenti Donald Tramp İranın silah istehsalı imkanlarının 84 faiz həcmində məhv edildiyini bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə Ağ Ev lideri "Newsmax" telekanalına verdiyi müsahibədə bildirib.
O qeyd edib ki, İran silah istehsal etmək bacarığını böyük ölçüdə itirib.
Xatırladaq ki, iyulun 8-nə keçən gecə ABŞ Hörmüz boğazı ilə bağlı əldə olunmuş razılaşmaların şərtlərini pozmaqda ittiham edərək İrana qarşı genişmiqyaslı zərbələri bərpa edib. İslam respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai iyulun 13-də bəyan edib ki, Tehran Birləşmiş Ştatlarla imzalanmış memorandumu heç vaxt pozmayıb və sənədin icra olunmamasına görə bütün məsuliyyət Vaşinqtonun üzərinə düşür.