ABŞ administrasiyası dağıdıcı daşqından sonra Nepalda itkin düşən amerikalılara görə ölkəyə yardım göndərir.
Oxu.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
"Biz Nepal ilə əlaqə saxladıq və lazım olan istənilən yardımı təklif etdik. Nepal ilə çox yaxşı münasibətlərimiz var. Bu, dəhşətli fəlakət idi. Heç kim indiyədək belə bir şey görməyib. Çox möhkəm, yaxşı tikilmiş binalar su tərəfindən sanki kibrit çöpü kimi süpürülüb aparılıb", - deyə dövlət başçısı vurğulayıb.
Tramp bildirib ki, ABŞ Nepala yardım göndərir və ölkə rəhbərliyinə ehtiyac duyduqları hər şeyi əldə edə biləcəkləri çatdırılıb.
"İtkin düşənlər arasında təxminən 50, bəlkə də 60 amerikalı var. Hələ tam siyahını əldə etməmişik, amma ümid edirəm ki, onların hamısı yaxşı vəziyyətdədir", - deyə ABŞ prezidenti əlavə edib.
Qeyd edək ki, çərşənbə günü səhər Nepalın şimal bölgələrini güclü sel dalğası vurub.