ABŞ-nin Respublikaçılar Partiyasından prezidentliyə namizədi Donald Tramp seçkidə qalib gələcəyi təqdirdə Vaşinqtonun Pekin və Tehran ilə münasibətlərinin perspektivi barədə açıqlama verib.
Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə o, Nyu-Cersidə keçirilən mətbuat konfransında bildirib.
Vaşinqtonun Tehranla münasibətlərinin gələcəyindən danışarkən Tramp bunun dostcasına olacağına ümid etdiyini bildirib.
"Mən İrana pis münasibət bəsləmək istəmirəm. Ümid edirəm ki, biz dostluq münasibətlərində olacağıq. Bəlkə, bu alınacaq, bəlkə də, yox", - deyə Tramp bildirib.
Bununla yanaşı, respublikaçı namizəd vurğulayıb ki, Tehran nüvə silahına sahib ola bilməz.
Çinlə münasibətlərin perspektivlərinə toxunan siyasətçi vurğulayıb ki, onlar dürüst olmalıdırlar. Tramp qeyd edib ki, ÇXR ABŞ-dən digər dövlətlər kimi istifadə edib.
Respublikaçı Partiyadan olan namizəd hesab edir ki, ABŞ-Çin münasibətlərini yaxşılaşdırmaq üçün Vaşinqton Pekinin hörmətini qazanmalıdır.
Rəylər