Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Tramp Vaşinqtondakı təyyarə qəzasının yeni təfərrüatını açıqlayıb
ABŞ Prezidenti Donald Tramp yanvarın 29-da "American Airlines" aviaşirkətinə məxsus sərnişin təyyarəsi ilə toqquşan "Black Hawk" hərbi helikopterinin ekipajının qəzaya görə təqsirkar olduğunu hesab edir.
Oxu.Az xəbər verir ki, bu barədə Tramp "Truth Social" platformasında yazıb.
Onun fikrincə, helikopter həddindən artıq yüksək hündürlükdə uçub və icazə verilən maksimum 60 metr hündürlüyü aşıb.
Daha əvvəl helikopterin təsdiqlənməmiş marşrut üzrə, lazım olduğundan daha yüksəkdə uça biləcəyi ehtimalı səsləndirilmişdi.
Xatırladaq ki, Vaşinqtonda Ronald Reyqan hava limanı yaxınlığında üç hərbçinin olduğu helikopterlə göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvü olan təyyarə toqquşub. Təyyarə və helikopterin qalıqları Potomak çayına düşüb. Qəzadan sağ çıxan olmayıb.
"ABŞ-də təyyarə qəzası" teqi üzrə xəbərlər
- Vaşinqtonda təyyarə qəzasında ölən 41 nəfərin cəsədi tapılıb
- ABŞ-də təyyarə qəzasından sonra Çin fövqəladə cavab mexanizmini işə salıb
- İki nəfərin əvəzinə bir dispetçer və səhv marşrut: ABŞ-dəki aviaqəzanın səbəbi nə ola bilərdi?
- Vaşinqton hava limanında helikopterlərin təhlükəli manevri heyrətlə qarşılanıb
- ABŞ-də faciədən bir gün əvvəl oxşar hadisə: Təyyarə son anda helikopterlə toqquşmadan yayına bilib
Rəylər