"ABŞ Hörmüz boğazını öz nəzarəti altına alır".
Oxu.Az xəbər verir ki, bunu Ağ Ev rəhbəri Donald Tramp "Fox News" telekanalındakı çıxışı zamanı bildirib.
"Biz Hörmüz boğazını nəzarətə götürürük. İranın heç nəyi yoxdur", - deyə Tramp vurğulayıb.
Birləşmiş Ştatlar lideri ölkəsinin İrana qarşı ciddi zərbələr endirməyə hazırlaşdığını da bəyan edib:
"Bizim razılaşmamız var idi. Heç kim bilmir ki, biz razılığa gəlmişdik və o təsdiqlənmişdi, lakin sonra onlar bunu pozdular. Buna görə də onlara çox güclü zərbələr endirəcəyik".
Dövlət başçısı qeyd edib ki, İran ətrafındakı vəziyyətlə bağlı görüş iyulun 12-də baş tutub:
"Dünən son anda bizim görüşümüz oldu. Hər şey razılaşdırılmışdı. Sonra isə onlar otağı tərk etdilər, yenidən zəng vurub bir neçə dəyişiklik etməyin lazım olduğunu dedilər. Mən dedim ki, biz dəyişiklik etməyəcəyik".