ABŞ Prezidenti Donald Tramp Çin Sədri Si Cinpinə Rusiya lideri Vladimir Putinlə birlikdə Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı əməkdaşlıq qurmağı təklif edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Financial Times" (FT) nəşri mənbələrə istinadən məlumat verib.
ABŞ-nin Pekin sammitinin qiymətləndirilməsi ilə tanış olan bir neçə nəfərin sözlərinə görə, Trampın üç liderin BCM-yə qarşı əməkdaşlıq etməsi təklifi, həmçinin Ukraynanı da əhatə edən genişmiqyaslı danışıqlar zamanı səslənib.
Çin liderinin Ağ Evin bu təklifinə məhz nə cavab verdiyini isə mənbə açıqlamayıb.