Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Trampın administrasiyası: "İranla bağlı qərar qəbul etmək lazımdır"
ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın administrasiyası hesab edir ki, növbəti ay ərzində İranla bağlı qərar qəbul edilməlidir.
Oxu.Az xəbər verir ki, bu "CBS News" telekanalına müsahibəsində Trampın gələcək milli təhlükəsizlik müşaviri Mayk Uolts bildirib.
Onun fikrincə, İran hazırda İsrailin Baş naziri Binyamin Netanyahunun rəhbərliyi sayəsində zəifləyib və əlverişsiz vəziyyətdədir.
"Hamı deyirdi ki, "Hizbullah" lideri Nəsrullahı öldürmək münaqişənin ciddi şəkildə kəskinləşməsinə və təxribata gətirib çıxaracaq, bunu etmək olmaz. Amma onlar (İsrail hakimiyyəti - red.) bunu etdilər", - Uolts bildirib.
"Bu, Livanda real fürsətin yaranmasına gətirib çıxardı. Bu, Əsədin və onun qəddar diktaturasının devrilməsinə səbəb oldu. Bu, HƏMAS-ın tamamilə təcrid olunmasına səbəb oldu. İranın hava hücumundan müdafiə sistemi də məhv edildi. Beləliklə, əsas qərarları qəbul etməyin vaxtıdır və biz bunu növbəti ay ərzində edəcəyik", - Uolts yekunlaşdırıb.
"Mayk Uolts" teqi üzrə xəbərlər
- Ağ Evin gizli yazışmasına sızmaya görə Pentaqon rəhbəri istefa verəcək?
- Pentaqon rəhbəri və yüksəkvəzifəli şəxslər məhkəməyə verildilər: Qrup çatındakı söhbətlərinə görə
- Jurnalistin Ağ Evin gizli çatına daxil edilməsinin DETALLARI - Təhlükəsizlik üzrə müşavirdən ETİRAF
- ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar yekunlaşıb
- Əgər Kreml atəşkəsə razılaşmasa... - Avropanın təhlükəsizliyinin qarantı kim olacaq?