Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Trampın Putindən İranla bağlı istəyi NƏDİR?
ABŞ Prezidenti Donald Trampın Administrasiyası İranın nüvə proqramı kimi məsələlərlə bağlı Rusiyadan vasitəçi olmasını xahiş edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" öz mənbələrinə istinadla xəbər yayıb.
Bildirilir ki, Tramp bu məsələyə marağını fevral ayında telefon danışığı zamanı şəxsən Putinə çatdırıb. Daha sonra Tramp Administrasiyasının yüksəkvəzifəli rəsmiləri bu məsələni Səudiyyə Ərəbistanında keçirilən danışıqlarda rusiyalı həmkarları ilə müzakirə ediblər.
Kremlin nümayəndəsi Dmitri Peskov "Bloomberg"in sualına cavab olaraq bildirib ki, Rusiya ABŞ və İranın bütün problemləri danışıqlar yolu ilə həll etməli olduğunu hesab edir və Moskva buna nail olmaq üçün əlindən gələni etməyə hazırdır.
İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Rusiya tərəfindən Tehran və Vaşinqton arasında vasitəçilik təklif edilib-edilməməsi ilə bağlı suala cavabında, ölkələrin belə köməklik təklif etmələrinin təbii hal olduğunu deyib.
"Bu məsələlərin əhəmiyyətini nəzərə alaraq, bir çox tərəflərin xoş niyyət və müxtəlif problemlərin həllinə kömək etmək istəyi göstərməsi mümkündür. Bu baxımdan, əgər ehtiyac yaranarsa, ölkələrin yardım təklif etməsi təbiidir", - deyə İran XİN-in sözçüsü İsmayıl Bəqai bildirib.
"ABŞ-Rusiya münasibətləri" teqi üzrə xəbərlər
- İstanbulda Rusiya-ABŞ görüşü başa çatıb: Danışıqlar 6 saatdan çox davam edib
- Tramp Rusiyadan da mineral ehtiyatlar almaq istəyir
- ABŞ Rusiya ilə razılığa gəldi
- Peskov: "Ər-Riyadda Rusiya və ABŞ prezidentlərinin mümkün görüşü müzakirə ediləcək"
- Peskov: "Foqelin müqabilində ABŞ-də olan məhbus Rusiyaya qaytarılacaq"