Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Ukrayna Ali Radası: "Silah ehtiyatı ölkəyə yarım il bəs edəcək"
"Ukraynanın təxminən yarım ilə yetəcək silah ehtiyatları var, lakin ABŞ-nin köməyi olmasa, vəziyyət daha da çətinləşəcək".
Oxu.Az xəbər verir ki, bunu Ali Radanın Milli təhlükəsizlik məsələləri komitəsinin üzvü Fedor Venislavski "RBK-Ukrayna" nəşrinə bildirib.
"Düşünürəm ki, Ukraynanın dözümlülük ehtiyatı təxminən yarım il üçün kifayətdir, hətta ABŞ-dən sistemli yardım olmasa belə. Amma əlbəttə ki, bu, vəziyyəti xeyli çətinləşdirəcək", - deyə o, silah ehtiyatları ilə bağlı sualı cavablandırarkən bildirib.
"Buna görə də indi hər kəs ABŞ-nin bizə verməyi dayandırdığı və ya dayandıra biləcəyi silahların sayını və keyfiyyətini kompensasiya etmək yollarını nəzərdən keçirmək üzərində işləyir", - deyə Venislavski əlavə edib.
Onun sözlərinə görə, xüsusilə hava hücumundan müdafiə sistemləri və HIMARS yaylım atəş sistemləri ilə bağlı vəziyyət ağır olacaq. O əlavə edib ki, digər silah ehtiyaclarının bir hissəsini Ukraynanın müdafiə-sənaye kompleksi hesabına qarşılamaq planlaşdırılır.
"Rusiya-Ukrayna müharibəsi" teqi üzrə xəbərlər
- Tramp Ukraynaya hərbi yardımı dayandırır: Kiyev necə müdafiə olunacaq?
- Avropa İttifaqı Kiyevə yeni hərbi yardım paketinin hazırlanmasını dayandırdı
- Ermənistana işğalçı deyə bilməyən Avropa Trampdan niyə inciyir?
- Vens: "Ukraynanın döyüşləri davam etdirmək üçün kifayət qədər insan resursu yoxdur"
- Ukrayna Rusiyanı dəstəkləyən Kaxa Kaladzeni və bir neçə digər idmançını titullarından məhrum etdi