Türkiyə qoşunları İraqın şimalında ölkənin daxilinə doğru 26 kilometr irəliləyib.
Oxu.Az Anadolu-ya istinadla xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib:
“Əsgərlərimiz Şimali İraqda 26-27 kilometr irəliləyib. Qandil şəhərinə az qalıb, biz bu xain quruluşu boş buraxmayacağıq”.
İraqın şimalında yerləşən Qandil şəhərində PKK terror təşkilatının bazası var.