Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Türkiyə DİN üç ölkədə əməliyyat keçirdi
"Qırmızı bülleten" üzrə beynəlxalq axtarışda olan üç təhlükəli cinayətkar xarici ölkələrdə saxlanılıb".
Oxu.Az-ın verdiyi məlumata görə, bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya özünün sosial şəbəkə hesabından bəyan edib.
Onun sözlərinə görə, saxlanılanlardan ikisi - A.H. və T.H.C. - artıq Türkiyəyə ekstradisiya olunub, F.M.-in isə təhvil verilməsi prosesi davam edir:
"A.H. qəsdən adamöldürməyə cəhd və azadlıqdan məhrumetmə ittihamları ilə Dubayda saxlanılıb və Türkiyəyə gətirilib. T.H.C. qəsdən adamöldürmə, cinayətkar təşkilata üzvlük və sənəd saxtakarlığı ittihamı ilə İranda tutulub və ölkəyə qaytarılıb. F.M. isə cinayətkar təşkilata üzvlük və narkotik ticarəti ittihamı ilə Kolumbiyada həbs olunub, hazırda onun ekstradisiyası prosesi gedir".
Yerlikaya qeyd edib ki, cinayətkarlar heç vaxt ədalətdən qaça bilməyəcəklər. O, uğurlu əməliyyatda iştirak edən bütün qurumlara və polislərə öz təşəkkürünü bildirib.

"Ali Yerlikaya" teqi üzrə xəbərlər
- Türkiyədə İŞİD-ə üzvlükdə şübhəli bilinən yüzlərlə insan həbs edilib
- Türkiyə DİN: "İstanbulda zəlzələdən sonra 51 afterşok qeydə alınıb"
- Türkiyədə qanunsuz nümayişlərdə 1418 nəfər saxlanılıb
- Nazir Yerlikaya qanunsuz aksiyalarda yaralanan polislərin və saxlanılanların sayını açıqladı
- Türkiyə DİN başçısı: "İcazəsiz aksiyalarda 343 nəfər saxlanılıb"