Türkiyənin hərbi təyyarələri Suriyada “İslam Dövləti” (İD) terrorist qruplaşmasının mövqelərinə zərbələr endirməyə davam edirlər.
Oxu.Az xəbər verir ki, aviasiya İraqın şimalında islamçılara qarşı duran kürd ordusunun mövqelərinə də hücum edib.
İD və Türkiyədə fəaliyyəti qadağan edilmiş Kürd fəhlə partiyasının mövqelərinin bombardmanı bir saat yarımdan çox çəkib. Təyyarələr Diyarbəkir əyalətinin aviabazasından havaya qalxırdılar, bunu “Dogan” portalı bildirib.
Məlumata görə, üç türk F-16 qırıcısı şənbə gününə keçən gecə Adana vilayətinin “İncirlik” aviabazasından havaya qalxıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, bombardman haqqında məlumatı təsdiqləyib, Reuters bildirib.
İslamçılara qarşı hava əməliyyatı Suruçda İD terror aktından sonra olub. Bu kürdlərin bir neçə polisi qətlə yetirmələrinin və sərhəddə türk hərbçisinin həlak olduğu, eləcə də islamçı yaraqlının məhv edildiyi atışmanın intiqamıdır.
Xatırladaq ki, iyulun 24-də türk hərbi təyyarələri İD yaraqlılarının Suriyada nəzarət etdikləri ərazilərdə yerləşən mövqelərini hədəf alaraq aviazərbələr endiriblər.
Daha öncə məlum olub ki, Ankara ABŞ və beynəlxalq koalisiyaya ölkənin aviabazalarından “İslam dövləti” terror qruplaşmasının mövqelərinə aviazərbə endirmək üçün istifadə etməyə icazə verib.
E.Ə.
www.oxu.az