Türkiyənin Bingöl vilayətinin Kiğı rayonunda ardıcıl yeraltı təkanlar qeydə alınıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat verib.
4.4 bal gücündəki ilk zəlzələ yerli vaxtla saat 12:26-da (Bakı vaxtı ilə saat 13:26-da - red.) baş verib.
Təqribən yarım saat sonra ikinci zəlzələ qeydə alınıb. Budəfəki zəlzələnin gücü 3.6 bal təşkil edib.
#DEPREM
— AFAD Deprem (@DepremDairesi) June 1, 2025
Büyüklük:4.4 (Mw)
Yer:Özlüce Barajı - [01.57 km] Kiğı (Bingöl)
Tarih:2025-06-01
Saat:12:26:22 TSİ
Enlem:39.22056 N
Boylam:40.31833 E
Derinlik:7.02 km
Detay:https://t.co/K3yTkgcBgE@afadbaskanlik @trthaber @anadoluajansi