Türkiyədə İstanbul Baş Prokurorluğu tərəfindən hazırda həbsdə olan məşhur müğənni Haluk Leventin təsisçisi olduğu "Ahbap" dərnəyi ilə aparılan istintaq çərçivəsində növbəti əməliyyat keçirilib.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.
Əməliyyat zamanı "Ahbap" dərnəyi ilə aparılan istintaq çərçivəsində tanınmış musiqiçi, ssenarist, aparıcı Oğuzhan Uğur da daxil olmaqla, yeddi nəfər saxlanılıb.
Qeyd edək ki, "Ahbap" dərnəyinin təsisçisi Haluk Levent və qardaşı Berkant Acil də daxil olmaqla, 18 nəfərin həbs olunduğu istintaq zamanı kontent yaradıcısı Oğuzhan Uğurla birlikdə 9 nəfər barəsində saxlanılma qərarı çıxarılıb.
Saxlanılanların evlərində və iş yerlərində axtarış aparılıb. Oğuzhan Uğur 6 fevral zəlzələlərindən sonra "Ahbap" dərnəyi ilə əməkdaşlıq etdiyini bildirmişdi.