Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Türkiyədə məktəb mikroavtobusu qəza etdi: Çox sayda uşaq yaralandı
Osmaniyədə (Türkiyə) məktəb mikroavtobusu ilə avtomobil toqquşub.
Oxu.Az İHA-ya istinadən xəbər verir ki, qəzada 9-u şagird olmaqla, 11 nəfər xəsarət alıb.
Toqquşmanın təsiri ilə məktəb avtobusu son anda yol kənarındaki uçuruma düşməkdən qurtulub, avtomobil isə əvvəlcə kənarda dayanmış digər maşına, sonra isə elektrik dirəyinə çırpılıb.
Qəzada yaralanan 9 şagird və digər 2 nəfər ilk yardım göstərildikdən sonra Düziçi Dövlət Xəstəxanasına aparılıb.
Qəza ilə bağlı araşdırma başladılıb.
"Avtobus qəzası" teqi üzrə xəbərlər
- İstanbulda metrobuslar toqquşdu: Ölən və yaralananlar var
- Yolu qaçaraq keçmək istəyən yeniyetməni avtobus VURDU
- Qəzada 10-cu sinif şagirdi həlak oldu: Avtobus sürücüsü atasının da ölümünə səbəb olubmuş
- Tailandda sərnişin avtobusu külə döndü: Yeddi nəfər ölən, 30-dan çox yaralanan var
- İranda dəhşətli avtobus qəzası: 14 nəfər öldü
Ən çox oxunanlar