Türkiyədə bir neçə dəqiqə fasilə ilə iki zəlzələ baş verdi Amasyada 4.6 bal gücündə zəlzələ baş verib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Türkiyənin Kandili Rəsədxanasının sosial media hesabında xəbər verilib. Bildirilir ki, yeraltı təkanlar Gümüşhacıköy rayonunun Çetmi kəndində qeydə alınıb.
Zəlzələ yerin 6.4 kilometr dərinliyində baş verib.
O da vurğulanır ki, yeraltı təkanlar bir çox şəhərlərdə də hiss edilib.
Türkiyənin Amasya vilayətində zəlzələ baş verib.
Oxu.Az-ın məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) xəbər verib.
Bildirilir ki, yeraltı təkanlar vilayətin Gümüşhacıköy rayonunda qeydə alınıb.
Zəlzələnin gücü 4.4 bal olub. Təkanlar yerin 10.07 kilometr dərinliyində baş verib.
