Türkiyə hökuməti sərhəddə viza ala biləcək 89 ölkənin adını açıqlayıb.
Oxu.Az ANS PRESS-ə istinadə xəbər verir ki, sözügedən siyahıda 25-ci sırada Ermənistanın adı gəlir.
Türkiyə hökumətinin rəsmi qəzetində yayılan məlumata görə, ABŞ, Avstraliya, Belçika, İspaniya və s. kimi ölkələrin vətəndaşları sərhədi keçən zaman 90 günlük viza əldə edirlər.
Qeyd edək ki, bunadək Ermənistan, Cibuti, Qambiya kimi ölkələrin vətəndaşları sərhədi keçən zaman yalnız 30 günlük multi vizalar əldə edirlər və bunun üçün mütləq səfirliyə getməli, bir neçə gün gözləməli idilər. Bundan sonra isə ermənilər yuxarıda adı çəkilən ABŞ, Avstraliya, Belçika, İspaniya və sair ölkələrin vətəndaşları kimi elə birbaşa sərhəddə, 90 günlük viza ala biləcəklər.