Türkiyənin SQ baş qərəgahının Kürdüstan Fəhlə Partiyasının (PKK) yaraqlılarının obyektlərinə aviahücumları nəticəsində 800-ə yaxın yaraqlı zərərsizləşdirilib.
Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.
“Star” qəzetinin verdiyi məlumata əsasən, 390 ekstremist məhv edilib, qalanları isə yaralanıblar və hal-hazırda qruplaşmanın fəaliyyətində iştirak edə bilmirlər.
Nəşr yazır ki, 800 terrorçu PKK-nın Kandil regionundakı mövqelərinə zərbələr zamanı zərərsizləşdirilib. Partiyanın düşərgələrinə, silah və pul anbarlarına, sığınacaq və dayaq məntəqələrinə zərbələr vurulub.
190 hədəf zərbələrə məruz qalıb, onlar tamamən məhv edilib. Türkiyə SQ tərəfindən analoji əməliyyatlar Suriyada “İslam Dövləti” (İŞİD) qruplaşmasına qarşı da keçirilib.
Yaraqlıların hərəkətlərinin kəşfiyyatı və müşahidəsi üçün ordu yerli istehsal olan pilotsuz uçan aparatlardan (PUA) istifadə edir. PUA əməliyyatın hazrlanması zamanı sutka boyu Şimali İraqın səmasında olur. Zərbələr üçün eləcə də, hədəfləri və möhkəmləndirilmiş obyektləri dəqiq məhv edən Türkiyə avia bombaları da istifadə edilir.