Türkiyənin baş naziri Binəli Yıldırım Ankara meri İbrahim Melik Gökçeki istefa verməyə çağırıb.
Оxu.Az-ın məlumatına görə, B.Yıldırım İ.Gökçekin hökumətin tələbini yerinə yetirəcəyinə ümid etdiyini bildirib.
Bu tələbin səbəbi barədə məlumat verilmir.
Qeyd edək ki, bundan əvvəl Türkiyə prezidenti də meri istefaya getməyə çağırmışdı.
N.H.