Türkiyə Silahlı Qüvvələrinin iki döyüşçüsü İraqın şimalında atışma zamanı həlak olub.
“Anadolu” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.
Hadisə yanvarın 13-də Haftanin bölgəsində baş verib.
Terrorçuların hücumu nəticəsində Türkiyə Ordusunun çavuşu və təhlükəsizlik qarovulunun əməkdaşı şəhid olub.
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) 13 января 2020 г.