Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Üç Avropa ölkəsi Ukraynaya qoşun yeritməyə hazırdır
Bir sıra Avropa ölkələri atəşkəsi təmin etmək üçün Ukraynaya qoşun yeritməyə hazırdır, lakin bunun üçün ABŞ-nin dəstəyi tələb olunacaq.
Oxu.Az xəbər verir ki, bunu Fransanın maliyyə naziri Erik Lombard "Bloomberg TV"yə müsahibəsində bildirib.
"Ukrayna ilə bağlı texniki müzakirələrə başlamışıq. Ümumi razılıq var ki, atəşkəsə zəmanət vermək üçün Ukraynaya avropalı əsgərlər göndərilməlidir. Böyük Britaniya, Almaniya və Fransa buna hazırdır, digər Avropa İttifaqı ölkələri də öz töhfələrini verəcəklər. Bunu təmin etmək üçün atəşkəs əldə olunandan sonra əsgərlər gələcəklər", - deyə o bildirib.
Nazir qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp atəşkəs rejimini dəstəkləməyə razılaşıb, lakin Vaşinqtonun konkret hansı addımlar ata biləcəyini dəqiqləşdirməyib.
"Avropa ölkələri" teqi üzrə xəbərlər
- Avropada "Tesla"nın satışları minimuma endi
- ABŞ-nin vitse-prezidenti Avropa üçün əsas təhlükəni açıqlayıb
- Fransa Ukrayna və Avropanın təhlükəsizliyinə dair ikinci sammit keçirəcək
- ÜST spirtli içkilərin üzərində xərçəng riski barədə xəbərdarlıq yerləşdirməyi təklif edib
- Almaniya prezidenti Aİ rəhbərlərinə: "Özünüzü maral kimi aparmayın"