Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Türkiyənin DİN rəhbəri Xocalı soyqırımının qurbanlarını yad etdi
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar paylaşım edib.
Oxu.Az-ın xəbərinə görə, nazir "X" hesabında etdiyi paylaşımda bununla bağlı kədərini bölüşüb.
"33 il əvvəl bu gün Azərbaycanın Xocalı şəhərində dünyanın ən böyük qətliamlarından biri baş verdi.
Qadınlar, uşaqlar, qocalar amansızcasına qətlə yetirildi. Bəşər tarixinə qara ləkə kimi düşmüş Xocalı soyqırımında həyatını itirən qardaşlarımıza Allahdan rəhmət diləyirəm.
Məkanları cənnət olsun.
Qəlbində vicdan daşıyan hər bir can bu qətliamı unutmayacaq", - deyə Ali Yerlikaya paylaşımda bildirib.
33 yıl önce bugün dünyanın en büyük katliamlarından biri Azerbaycan’da, Hocalı’da yaşandı.
— Ali Yerlikaya (@AliYerlikaya) February 26, 2025
Kadınlar, çocuklar, yaşlılar acımasızca öldürüldü. İnsanlık tarihine kara bir leke olarak geçen #HocalıKatliamı’nda hayatını kaybeden kardeşlerimize Allah’tan rahmet diliyorum.
Mekanları… pic.twitter.com/ybZe66Vj8M
"Ali Yerlikaya" teqi üzrə xəbərlər
- Türkiyədə qanunsuz nümayişlərdə 1418 nəfər saxlanılıb
- Nazir Yerlikaya qanunsuz aksiyalarda yaralanan polislərin və saxlanılanların sayını açıqladı
- Türkiyə DİN başçısı: "İcazəsiz aksiyalarda 343 nəfər saxlanılıb"
- İstanbulda xəsarət alan polislərin sayı 16 nəfərə çatıb
- Ekrem İmamoğlunun həbsindən sonra internetdə təxribat törədənlərin sayı açıqlanıb