Cari ilin başlanğıcından Cənubi Afrika Respublikasında 19 uşaq uğursuz sünnət əməliyyatları nəticəsində ölüb.
Oxu.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, bu haqda ölkənin səhiyyə departamentindən xəbər verilib.
Daha 50 nəfər ayin mərasimlərinin gedişatında “qazandıqları” infeksiyalarla xəstəxanalara çatdırılıb.
Sonrakı travmaların və ölümlərin qarşısının alınması üçün CAR hökuməti tayfa rəhbərlərini ixtisaslaşdırılmış tibbi personalla işləməyə çağırıb.