Ukraynada münaqişənin nizamlanması üzrə planın işçi variantında hazırda Avropa İttifaqı (Aİ) və NATO ilə bağlı bütün bəndlər çıxarılıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Avropa Şurasının sədri Antoniu Koşta "Handelsblatt" qəzetinə verdiyi müsahibədə məlumat verib.
"Noyabrın 26-na bildiklərimiz odur ki, ABŞ və ukraynalılar yeni işçi sənəd hazırlayıblar. Yeni planda Aİ ilə bağlı olan bütün bəndlər çıxarılıb. NATO ilə bağlı hər şey də silinib", - deyə Koşta bildirib.
Avropa Şurasının rəhbəri qeyd edib ki, ABŞ indi, əlbəttə ki, Rusiya ilə ideyaları müzakirə etməlidir.