Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

USAID-in bütün əməkdaşları işdən çıxarılacaq
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) bütün əməkdaşları sentyabrın 30-dək işdən çıxarılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Konqresindəki mənbələrinə istinadən "Reuters" agentliyi məlumat yayıb.
Qeyd olunur ki, USAID-in xaricdəki bütün nümayəndəlikləri 2025-ci maliyyə ilində, yəni sentyabrın 30-dək bağlanacaq.
ABŞ dövlət katibi Marko Rubio agentliyin yenidən təşkili ilə bağlı elan edib ki, iyulun 1-dək USAID-in bəzi funksiyaları Dövlət Departamentinə veriləcək və administrasiyanın prioritetlərinə uyğun gəlməyən digər funksiyalar dayandırılacaq.
Qeyd edək ki, fevralın əvvəlində ABŞ Prezidenti Donald Tramp beynəlxalq təşkilatların maliyyələşdirilməsinə xeyli miqdarda vəsait ayıran USAID-in fəaliyyətini dayandırıb. Daha sonra ABŞ administrasiyası agentlik və Dövlət Departamentinin xarici yardım müqavilələrinin 92%-ni ləğv etmək niyyətində olduğunu bəyan edib. Bu da dövlət büdcəsinə təxminən 60 milyard dollar qənaət etməyə imkan verib.
Martın 10-da əvvəllər USAID-in müvəqqəti rəhbəri təyin edilən Rubio, altı həftəlik araşdırmadan sonra ABŞ hökumətinin agentliyin proqramlarının 83%-ni rəsmi olaraq dayandırdığını bildirib.
Onun sözlərinə görə, ləğv edilmiş 5.2 min müqavilə çərçivəsində onmilyardlarla dollar ABŞ-nin maraqlarına deyil, bəzi hallarda onun ziyanına xərclənib.
"ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID)" teqi üzrə xəbərlər
- Tramp: "USAID fırıldaqçılıqla məşğul olub"
- USAID, "Amerikanın səsi" və "Azadlıq Radiosu"nun layiq olduğu məntiqi son
- "Trampa bataqlığın qurudulmasında uğurlar" - ABŞ-də baş verənləri maraqla izləyirik
- Prezident erməni diasporunu dəstəkləyən korrupsiyaya uğramış siyasətçilər barədə danışdı
- USAID-də əməkdaşlara gizli və şəxsi qeydləri yandırmaq əmr olundu