Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
ÜST qızılca ilə bağlı qorxulu statistika açıqladı
Dünya üzrə qızılcaya tutulma halları 2019-cu ilin ilk üç ayı ərzində (ötən ilin ilk üç ayı ilə müqayisədə - red.) üç dəfə artıb.
BBC-nin məlumatına görə, bu barədə BMT-nin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hesabat dərc edib.
ÜST qızılcaya tutulma hallarında artımın dünyanın bütün regionlarında müşahidə olunduğunu bildirir.
Ən yüksək artım Afrikada müşahidə olunur. Burada ötənilki göstəricilərlə müqayisədə, 2019-cu ilin ilk rübündə qızılca diaqnozu qoyulmuş xəstələrin sayı 700 faizə qədər artıb.
Ölkələrə gəlincə, virusa tutulma halları daha çox Ukrayna, Madaqaskar və Hindistanda qeydə alınıb (hər bir milyona on minlərlə xəstə).
Agentlik faktiki rəqəmlərin daha yüksək olduğuna əmin edir, belə ki, hesablamalara görə, hər 10 yoluxma halından yalnız biri statistikaya düşür. Qızılca yüksək yoluxuculuq qabiliyyəti olan viruslu xəstəlikdir, sağlamlıqda ciddi fəsadlara yol açır, ağır hallarda ağciyərləri və beyni zədələyə bilir.
"Birləşmiş Millətlər Təşkilatı (BMT)" teqi üzrə xəbərlər
- Antoniu Quterreş: "İqlim ədaləti üçün beynəlxalq əməkdaşlıq vacibdir"
- BMT-nin Turizm baş katibi: "Uşaqlara iqlim dəyişikliyi nə olduğu aşılanmalıdır"
- BMT-nin polis rəisi: "Azərbaycan hökumətinin COP29-a hazırlıq işlərindən razıyıq"
- BMT baş katibinin köməkçisi Elçin Əmirbəyov və Vüqar Süleymanovla görüşüb
- BMT BA-nın 3-cü Komitəsində Azərbaycanın irəli sürdüyü qətnamə qəbul edilib
Rəylər