Vatikan Roma Papası Fransiskin vəfatı ilə bağlı doqquzgünlük matəm elan edib.
Bu barədə Oxu.Az "Kommersant" nəşrinə istinadla xəbər verir.
Matəm aprelin 26-da başlayacaq və mayın 4-dək davam edəcək.
Xatırladaq ki, daha əvvəl bir çox katolik ölkəsi Fransiskin vəfatı ilə əlaqədar matəm elan edib.
Papa Fransisk aprelin 21-də 88 yaşında vəfat edib.