Vatikanda Müqəddəs Pyotr Bazilikası inanclılar və zəvvarlar üçün açılıb.
Bu barədə 360.tv xəbər yayıb.
Bütün zəvvarlara maska və əlcəkdən istifadə etmək tövsiyə olunub, kilsəyə giriş isə Vatikan jandarmeriyası Malta ordeninin könüllüləri tərəfindən tənzimlənəcək.
Xatırladaq ki, baş katolik kilsə koronavirus pandemiyası səbəbindən martın 10-dan etibarən bağlanmışdı.