Venesuela yenidən qaranlığa qərq olub.
“Nacional” nəşrinin yazdığına görə, elektrik enerji təchizatının bərpa olunduğu bir sıra bölgələr işıqsız qalıb.
Hazırda Valensia, Varqas, Taçira, Sulia, Lara, Karabobo və digər ştatların elektrik enerjisi ilə təchizatı dayandırılıb.
Bildirilir ki, Bolivar ştatında yerləşən yarımstansiyada güclü yanğın baş verib.
Venesuela yenidən qaranlığa qərq oldu - VİDEO
Qeyd edək ki, martın 7-də “El-Quri” su elektrik stansiyasında baş vermiş qəza nəticəsində Venesuelanın böyük hissəsi işıqsız qalmışdı. Nikolas Maduro bu təxribatda ABŞ imperializmini günahlandırmışdı.
Rəylər